Əməkdar artist Aybəniz Haşımova Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovaya baş çəkib.
Bakuplus.az xəbər verir ki, bu barədə nəğməkar şair Cəlal Qurbanov sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, sənətçi ziyarətə şəhid Teymur Abbaslının anası Başxanım ana ilə birlikdə gedib. Onlar xəstəxanada müalicə alan Səmayə Həşimova ilə görüşərək onun səhhəti ilə maraqlanıblar.
Görüş zamanı Aybəniz Haşımova qəhrəman ananın sevdiyi "Biri sənsən, biri mən" mahnısını onun üçün ifa edib. Mahnını dinləyən Səmayə ana duyğulanaraq göz yaşlarını saxlaya bilməyib.
Ziyarət zamanı yaşanan kövrək anlar diqqət çəkib.