ABŞ-də yaşayan aparıcı Günel Hümbətova bloqer Nərmin Kazımzadənin danışıq tərzini tənqid edib.
Bakuplus.az xəbər verir ki, aparıcı instaqram hesabında etdiyi paylaşımlarda bloqerin nitqinə irad bildirib. O, bu cür danışıq tərzi ilə çıxış edən bloqerlərə sosial şəbəkələrdə tez-tez rast gəldiyini vurğulayıb.
Günel Hümbətovanın fikrincə, Azərbaycan dilində kontent hazırlayan şəxslər üçün səlis və düzgün nitq xüsusi əhəmiyyət daşıyır. O hesab edir ki, izləyicilərə Azərbaycan dilində müraciət edən bloqerlər danışıq tərzlərinə daha çox diqqət yetirməlidirlər.