Müğənni Natavan Həbibi yeni görünüşü ilə diqqət mərkəzinə düşüb. Sənətçi uzun müddət istifadə etdiyi imicindən imtina edərək saç düzümündə ciddi dəyişiklik edib.
Bakuplus.az xəbər verir ki, hər zaman qara saçları ilə tanınan müğənninin bu dəfə seçimi fərqli olub. O, saçlarını xeyli qısaldıb və sarı rəngə boyadaraq yeni imicini izləyicilərinə təqdim edib.
Natavan Həbibinin bu dəyişikliyi sosial şəbəkələrdə də diqqət çəkib. Müğənninin yeni görünüşü izləyiciləri arasında maraq doğurub.