Bakıda 2008-ci il təvəllüdlü Rəvan yetkinlik yaşına çatmayan Ruqiyyə (adlar şərtidir – red.) ilə dəfələrlə cinsi əlaqədə olmaqda və seksual xarakterli digər hərəkətlər etməkdə ittiham olunub.
Məlumata görə, hadisələrin 2023-cü ilin may, avqust və oktyabr aylarında, eləcə də 2024-cü ilin mayında baş verdiyi bildirilir. İstintaq materiallarında hadisələrin Rəvanın yaşadığı evdə və atasına məxsus avtomobildə baş verdiyi qeyd olunub.
Məhkəmədə Rəvan özünü təqsirli bilməyib. O, Ruqiyyə ilə idman zalından tanış olduğunu, aralarında münasibət olmadığını və qızın ona sevgili olmaq təklifini rədd etdiyini bildirib.
Rəvan ifadəsində deyib: "Mənim ona qarşı cinsi istəyim və marağım olmayıb. Onunla heç bir cinsi münasibətim olmayıb. Fikrimi idmana vermişəm".
Zərərçəkmiş Ruqiyyə isə tamamilə fərqli ifadə verib. O, Rəvanla parkda tanış olduqlarını, sonradan münasibətlərinin yarandığını və bir-birlərinə intim xarakterli fotolar göndərdiklərini bildirib. Ruqiyyənin sözlərinə görə, ilk cinsi əlaqə Rəvanın evində baş verib.
Qız ifadəsində görüşlərindən birini xatırlayaraq bildirib ki, cinsi əlaqədən sonra Rəvan ondan seksual xarakterli hərəkətlər etməsini istəyib. O, etiraz etdikdə Rəvanın onun boynundan tutaraq zor tətbiq etdiyini iddia edib.
Ruqiyyə həmçinin 2023-cü ilin oktyabrında gecə saatlarında Rəvanın çağırışı ilə evdən gizlicə çıxdığını və onun qarajındakı "Mercedes" markalı avtomobildə görüşdüklərini deyib. Onun sözlərinə görə, qarajda kamera olduğundan Rəvan kameraya düşməməsi üçün ona diqqətli olmağı tapşırıb.
Zərərçəkmiş bildirib ki, sonradan Rəvan onunla əlaqəni kəsərək nişanlanacağını deyib.
Rəvan barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəvan 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyənləşdirilib.
Mənbə: demokrat.az