Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyeva barəsində çıxarılmış bəraət hökmü dəyişdirilmədən saxlanılıb.
Məlumata görə, kollecin hüquqşünası Aynurə Muradova direktorun onu kollektiv və tələbələrin yanında təhqir etdiyini, həmçinin KİV və sosial şəbəkələrdə şərəf və ləyaqətini alçaldan məlumatlar yaydığını iddia edərək məhkəməyə müraciət edib.
O, Həmzəyevanın 4 il 6 ay azadlıqdan məhrum edilməsini və 100 min manat təzminat ödəməsini tələb edib.
Nizami Rayon Məhkəməsinin bəraət hökmündən verilən apellyasiya şikayəti təmin edilməyib. Məhkəmə direktorun mübahisəli məlumatları mediaya ötürməsini təsdiqləyən mötəbər sübutların olmadığını bildirib.
Mənbə: nocomment.az