Bu gün görkəmli xanəndə, Xalq artisti İslam Rzayevin anadan olmasından 92 il ötür.
Bakuplus.az xəbər verir ki, İslam Rzayev 1934-cü il noyabrın 11-də Füzuli rayonunun Sərdarlı kəndində anadan olub.
O, "Çahargah", "Bayatı-Kürd", "Mahur-Hindi" və "Rast" muğamlarının mahir ifaçısı olub. Onun repertuarında "Almadərən", "Dağlar başı" və "Gəl inad etmə" kimi mahnılar da yer alıb.
Xalq artisti 2008-ci il yanvarın 26-da vəfat edib.