Bakının Babək prospektində avtomobil körpüdən aşıb.
Bakuplus.az-ın əldə etdiyi məlumata görə, BMW markalı avtomobil yağışlı hava şəraitində körpünün üzərində sürüşərək maneəyə çırpılıb və aşağı düşüb.
Qəza nəticəsində sürücü xəsarət alıb. Onun vəziyyəti barədə hələlik məlumat yoxdur.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım briqadaları cəlb olunub.