top
Bakıda 8 bina sökülür, sakinlərə nə qədər ödəniləcək? - VİDEO
Bu gün, 12:17
- ↺ +

Bakıda 8 bina sökülür, sakinlərə nə qədər ödəniləcək? - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Nizami rayonunda səkkiz binanın sökülməsi və sakinlərin köçürülməsi planlaşdırılır. Söhbət əsasən köhnə yataqxana tipli binalardan gedir.

Bu haqda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib. O, söküntünün nəzərdə tutulduğu ərazilər arasında Kamil Balakişiyev, İsmayıl Məmmədov, Rizvan Teymurov və Məmmədəli Şərifli küçələrinin, həmçinin Babək prospektinin olduğunu bildirib.

Onun sözlərinə görə, yenidənqurma işlərinin bir hissəsinin dövlət, digər hissəsinin isə investorların vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulur. Bəzi ərazilərdə yeni yaşayış binalarının tikilməsi, digərlərində isə yaşıllıqların və parkların salınması planlaşdırılır.

V.Oruc yaşayış sahələri üçün hər kvadrat metr üçün 2000–2800 manat, qeyri-yaşayış sahələri üçün isə 2500–4000 manat aralığında kompensasiya ödənilməsinin ehtimal olunduğunu deyib. O vurğulayıb ki, bu rəqəmlər yekun deyil. Məbləğlər qiymətləndirmənin nəticələri və müvafiq dövlət qurumlarının qərarları əsasında dəqiqləşəcək.

Sakinlərə mənzil və ya pul kompensasiyasının təklif edilməsi konkret layihədən asılı olacaq. Yerində yeni bina tikilən evlərin sakinlərinə mənzil təklif olunması, dövlət hesabına alınaraq abadlaşdırılacaq ərazilərdə isə kompensasiya ödənilməsi nəzərdə tutulur.

Proses mərhələli aparılacaq. Əvvəlcə mənzillərin və sakinlərin sayı müəyyənləşdiriləcək, daha sonra konkret binalarla bağlı qərarlar verilərək sakinlər məlumatlandırılacaq. Söküntünün başlanma tarixi və köçürülmə şərtləri də həmin mərhələdə aydınlaşacaq.

Mənbə: Xəzər TV

Son xəbərlər

Xəbər
Bu gün, 12:30

Arzu Əhədova Nizami Kino Mərkəzindəki işindən ayrılıb? - ÖZƏL

Xəbər
Bu gün, 11:40

Sevgilisinin keçmiş nişanlısından qurtulmaq istəyən KİŞİ FALÇIYA üz tutdu, aldadıldı

Xəbər
Bu gün, 11:10

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş

Xəbər
Bu gün, 10:35

Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir

Xəbər
Bu gün, 10:10

Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi

Xəbər
Bu gün, 09:51

Abşeron Gənclər Şəhərciyində binaların zirzəmilərini su basıb - VİDEO

Xəbər
Bu gün, 09:50

General Natiq Əliyevin qızı saxlanıldı

Xəbər
Bu gün, 08:38

Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

Aktual Xəbərlər
Bu gün, 01:15

Prezident İlham Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:01

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd olunur

Xəbər
Dünən, 17:04

Kafedə üzərilərinə benzin töküb yandırdı, qapını arxadan bağladı – MƏHKƏMƏ

Xəbər
Dünən, 15:53

Qida Sənayesi Kollecinin direktorunun bəraət hökmü qüvvədə saxlanılıb

Xəbər
Dünən, 15:10

Azərbaycanda minimum əməkhaqqına hər il yenidən baxılacaq

Xəbər
Dünən, 14:46

Deputat ev təsərrüfatlarının statistik uçotunun məqsədini açıqlayıb

Siyasət
Dünən, 13:45

İlham Əliyev və Mehriban Əliyeva COP31-də iştirak edirlər

Xəbər
Dünən, 13:25

Kişi sevgilisini işləmək istəməsinə görə döydü

Aktual Xəbərlər
Dünən, 12:24

Onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunur

Xəbər
Dünən, 11:37

Babək prospektində BMW körpüdən aşdı - VİDEO

Xəbər
Dünən, 11:20

"Gecə evdən gizlicə çıxıb qaraja getdim" – Bakıda 18 yaşlı oğlanın məhkəməsindən detallar

Aktual Xəbərlər
Dünən, 10:10

Bakının tıxacına son qoyacaq yeni yol tikilir

Xəbər
Dünən, 09:55

10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı

Xəbər
Dünən, 09:48

Qeyri-iş günlərində 72 yanğına çıxış olub, 4 meyit tapılıb

Xəbər
Dünən, 09:07

Bu gün İslam Rzayevin doğum günüdür

Oxşar xəbərlər