Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda sağlamlıq mərkəzinin rəhbəri Babək Rəhimlini qətlə yetirməkdə təqsirləndirilən Natiq Fətiyevin və Fərqanə Quliyevanın cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda məhkəmə anket məlumatlarını dəqiqləşdirib, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələri izah edilib.
Qısa müşavirədən sonra məhkəmə tərkibi işin məhkəmə baxışına verildiyini elan edib.
Xatırladaq ki, 2026-cı ilin iyulun 9-da Nərimanov rayonu A.Gəraybəyli küçəsində yerləşən "SUDU" sağlamlıq mərkəzinin rəhbəri, paytaxt sakini, 1985-ci il təvəllüdlü Babək Rəhimlinin baş nahiyəsinə küt alətlə vurularaq öldürüldüyü məlum olub. Onun sürücüsü işləyən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Natiq Fətiyev və sözügedən sağlamlıq mərkəzində qeydiyyatçı vəzifəsində çalışan Fərqanə Quliyeva qətldə şübhəli bilinirlər.
Məlumata görə, Natiq Fətiyev münaqişə zəminində Babək Rəhimlini öldürüb, daha sonra meyiti maşınına qoyaraq gecə saatlarında Salyan rayonu Kürsəngi kəndinin ərazisində yerləşən gölün kənarına atıb. Bu zaman Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, Natiq Fətiyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Mənbə: lent.az