top
Sabahdan Azərbaycanda istilik mövsümü başlayır
Bu gün, 11:35
- ↺ +

Sabahdan Azərbaycanda istilik mövsümü başlayır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabahdan Azərbaycanda istilik mövsümünə start verilir.

Bakuplus.az xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC məlumat yayıb.

Məlumata görə, 2026-2027-ci illər payız-qış mövsümü ərzində Bakıda və regionlarda 549 qazanxana, 87 istilik məntəqəsi və 2 yüksəldici nasos stansiyası vasitəsilə 3 838 yaşayış binasının (təxminən 178 min mənzil), 272 məktəbin, 159 uşaq bağçasının, 142 səhiyyə obyektinin və digər obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Mövsümə hazırlıq işləri ilk növbədə əvvəlki mövsüm ərzində baş vermiş qəza və nasazlıq halları nəzərə alınmaqla hazırlanmış tədbirlər planına əsasən aprel ayından etibarən başlanılıb və bu müddətdə 12 153 metr istilik xətti dəyişdirilib, 875 dirsək yenilənib, 5 458 kvadratmetr sahədə izolyasiya örtüyü bərpa edilib, 30 qazan aqreqatı əsaslı, 182-si cari təmir edilib, 1 131 qazanın qızma səthi təmizlənib. 438 nasos, 5 282 siyirtmə və 531 mühərrik təmir olunub, 22 dəst nasos, 312 siyirtmə və 100 ventil yenisi ilə əvəzlənib.

Bundan əlavə, 135 kilometr qaz xətti yoxlanılıb, 298 metr yeni qaz xətti çəkilib. Mövsüm boyu istilik təsərrüfatlarımızda quraşdırılmış 85 mindən çox avadanlıq və qurğu fasiləsiz işləməlidir.

Qurumun 2026-2027-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin, o cümlədən qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının və dayanıqlığının təmin edilməsi məqsədi ilə bu il 1 000 km-dən çox istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 10 km-dən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri dəyişdirilərək yenilənib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2026-cı il 4 may tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən iqlim şəraiti fərqli olan 26 rayon və şəhərdə istilik mövsümü noyabrın 1-dən, Bakıda və digər ərazilərdə isə noyabrın 15-dən başlayır. Əvvəlki illərdə istilik mövsümünün noyabrın 1-dən başlanması nəzərdə tutulan şəhər və rayonların sayı cəmi 9 ədəd olub və qeyd edilən 26 rayondan 18-də "Azəristiliktəchizat"ın xidmət sahələri fəaliyyət göstərir.

Son xəbərlər

Xəbər
Bu gün, 11:09

Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi

Xəbər
Bu gün, 10:28

Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş

Kriminal
Bu gün, 10:11

Bakıda 13 yaşlı qızı qardaşı bıçaqladı

Kriminal
Bu gün, 10:02

Qızının Bakıdakı kirayə puluna görə arvadını döydü

Xəbər
Bu gün, 09:37

Bakıda kişilər oteldən çıxıb dava etdilər - VİDEO

Xəbər
Bu gün, 01:57

Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?

Xəbər
Dünən, 23:27

Neftdən əvvəl Bakı nə satırdı?

Aktual Xəbərlər
Dünən, 18:00

Məktəblərdə payız tətili noyabrın 16-da başlanır

Xəbər
Dünən, 17:00

Bakıda kafedə dava düşdü - saxlanılanlar var

Xəbər
Dünən, 16:24

Xalq yazıçısı Anar: "Dövlət Tərcümə Mərkəzinə ayrılmış büdcə AYB-yə yönləndirilməlidir"

Xəbər
Dünən, 14:40

Bakıda dəhşətli qəza: avtomobil 18 yaşlı qızın üzərindən keçdi

Xəbər
Dünən, 13:03

Dilarə Əliyeva qayınanasını belə təbrik etdi

Xəbər
Dünən, 12:24

Azərbaycanlı Rusiyada sevgilisinin boğazını kəsdi - VİDEO

Xəbər
Dünən, 11:59

Avtomobilin vurduğu sahibsiz itin əməliyyatı üçün yardım istənilir

Xəbər
Dünən, 11:13

Bakıda kütləvi dava: bıçaqlananlar var

Xəbər
Dünən, 10:47

Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?

Xəbər
Dünən, 10:14

Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib

Xəbər
Dünən, 09:46

Bakıda maşın piyadanı vuraraq öldürüb

Xəbər
Dünən, 09:34

Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Xəbər
Dünən, 09:19

Bakıda 844 güzəştli mənzil satışa çıxarılır

Xəbər
12 noyabr 2026, 17:37

"Valideyn bütün günü "TikTok"a baxırsa, o uşaqdan nə gözləyəsən?" - Professor

Xəbər
12 noyabr 2026, 16:53

Sağlamlıq mərkəzinin rəhbərinin qətlində ittiham olunanların məhkəməsi BAŞLADI

Xəbər
12 noyabr 2026, 15:25

İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb

Oxşar xəbərlər