Paytaxtın Nərimanov rayonunda kafedə dava baş verib.
İnsidentlə bağlı polis tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilib.
Hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb, digər 3 nəfərin də şəxsiyyəti müəyyən olunub. Onların saxlanılması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Mənbə: unikal.az