Əməkdar artist Dilarə Əliyeva qayınanası, Xalq artisti Elmira İsmayılova ilə bağlı paylaşım edib.
Bakuplus.az xəbər verir ki, aktrisa qayınanasının ad günü olduğunu bildirib. O, paylaşımında "Yeni yaşın mübarək, əziz qayınanam" sözlərini yazıb.
Qeyd edək ki, Dilarə Əliyeva Elmira İsmayılovanın oğlu, "SOY" prodakşının rəhbəri Oqtay Əliyevlə ailəli olub. Oqtay Əliyev bir neçə il əvvəl avtomobil qəzasında vəfat edib. Cütlüyün iki övladı var.