Bakının Yasamal rayonunda 55 yaşlı kişi baldızının qızının keçmiş həyat yoldaşına xəsarət yetirib.
Məlumata görə, hadisə Qəhrəmanın övladını görmək üçün keçmiş həyat yoldaşının yaşadığı evə getməsi zamanı baş verib. Tərəflər arasında yaranan mübahisəyə müdaxilə edən 1971-ci il təvəllüdlü Rüstəm onun ağız və burun nahiyəsinə yumruqla zərbə endirib.
Rüstəm məhkəmədə əməlini etiraf edərək mübahisə zamanı Qəhrəmanın nalayiq ifadələr işlətdiyini bildirib. Zərərçəkmiş isə söyüş söymədiyini və Rüstəmin ona müdaxilə edərək yumruq vurduğunu deyib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə Rüstəm 1500 manat cərimələnib.
Mənbə: demokrat.az