Paytaxtın Binəqədi rayonunda 48 yaşlı qadının üzərinə hasar aşıb.
Hadisə Sulutəpə qəsəbəsində baş verib.
Belə ki, 1978-ci il təvəllüdlü Samirə Nuriyeva piyada hərəkət edərkən boş torpaq sahəsinin ətrafına mişar daşları ilə hörülmüş hasar üzərinə aşıb.
Hadisə nəticəsində qadın ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az