Bu gün Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Gülşən Qurbanovanın ölümündən 20 il ötür.
Bakuplus.az xəbər verir ki, Gülşən Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda anadan olub. Tanınmış aktyor Ağadadaş Qurbanovun qızı, aktyor Hamlet Qurbanovun bacısıdır. 1974-cü ildə Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirdikdən sonra Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb.
Səhnədə bir sıra yaddaqalan obrazlar yaradan aktrisa 1989-cu ildə Əməkdar artist, 1998-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb.
Gülşən Qurbanova 17 noyabr 2006-cı ildə, 56 yaşında qəfil infarkt nəticəsində vəfat edib. Köhnə Yasamal qəbiristanlığında dəfn olunub.