top
Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir
Bu gün, 13:05
- ↺ +

"Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 2 il olacaq.

Bakuplus.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təbiqi barədə Fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində əksini tapıb.
Məcəlləyə əsasən, inzibati vəzifələrlə bağlı müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) rübdə bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Müsabiqədə ilk dəfə iştirak edən şəxslərə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailəsinin üzvlərinə münasibətdə test imtahanında iştirak etmək üçün müəyyən edilmiş məbləğ Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) test imtahanından müvəffəqiyyətlə keçən şəxsə inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən "Dövlət qulluğu sertifikatı" verir. "Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 2 il olacaq.
"Dövlət qulluğu sertifikatı" qüvvədə olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində 5 vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişsiz qeydiyyatdan keçə bilər. Beşdən artıq vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) birgə təşkil edir. Müsabiqə nəticələri hesablanarkən şəxslərin müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ verən "Dövlət qulluğu sertifikatı"nı əldə etdikləri test imtahanının nəticəsinin test imtahanı üzrə əldə oluna bilən ən yüksək göstəriciyə nisbətdə faiz göstəricisi ilə müsabiqənin müsahibə mərhələsində əldə etdikləri nəticənin müsabiqənin müsahibə mərhələsində əldə oluna bilən ən yüksək göstəriciyə nisbətdə faiz göstəricisi toplanaraq ikiyə bölünür. "Dövlət qulluğu sertifikatı tələb edilmədən müsabiqənin müsahibə mərhələsində iştirak edən şəxslərin uyğun hesab olunduqları vəzifə üzrə sertifikatın əldə edilməsi üçün tələb olunan minimal keçid balının faiz göstəricisi ilə test imtahanında toplanması mümkün olan ən yüksək balın faiz göstəricisinin cəmlənib ikiyə bölünməsi yolu ilə test imtahanı nəticəsi müəyyən edilir və daha sonra həmin şəxslərin müsabiqə nəticələri yuxarıda qeyd olunan qaydaya uyğun olaraq hesablanır. Test imtahanının və ya müsahibənin nəticələri etibarsız hesab edildikdə, habelə şəxs test imtahanında və ya müsahibədə iştirak etmədikdə ödənilmiş məbləğlər geri qaytarılmayacaq.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən "Dövlət qulluğu sertifikatı" verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Dövlət Qulluğu Məcəlləsi qüvvəyə mindiyi günədək qüvvədə olmuş "Dövlət qulluğu haqqında" qanuna əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən və etibarlılıq müddəti başa çatmamış "Dövlət qulluğu sertifikatı"na malik olan şəxslər həmin sertifikatın qüvvədə olma müddəti ərzində bu Məcəlləyə uyğun olaraq müsahibələrdə iştirak etmək hüququna malik olacaqlar.

Son xəbərlər

Xəbər
Bu gün, 13:31

Vətən müharibəsi qazisi dəm qazından öldü

Xəbər
Bu gün, 13:03

Dövlət qulluqçusunun 3 dəfədən artıq rotasiya olunmasına yol verilməyəcək

Aktual Xəbərlər
Bu gün, 12:55

Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib

Xəbər
Bu gün, 11:40

İllərlə tədbir görülmədi, ağac aşdı

Xəbər
Bu gün, 11:08

Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub

Xəbər
Bu gün, 10:59

Bakıda güclü külək 32 ağacı sındırıb

Xəbər
Bu gün, 10:51

Bakıda avtobus 24 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 10:35

AZAL İstanbulun Sabiha Gökçen aeroportuna uçuşları dayandırır

Xəbər
Bu gün, 09:38

Bakıda hasar uçdu: 48 yaşlı qadın ö*ldü

Xəbər
Bu gün, 09:25

Məktəblərdə payız tətili başlayıb

Xəbər
Dünən, 21:00

16–22 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 18:00

Həyat yoldaşını balta ilə öldürməyə cəhddə təqsirləndirilən qadının məhkəməsi keçirildi

Xəbər
Dünən, 15:00

Bakıda kişi arvadını döydü - "Hirsləndim, polis çağırdım"

Xəbər
Dünən, 12:00

Bakıda övladını görməyə gedən kişini qohumu döydü

Xəbər
14 noyabr 2026, 17:30

"Kupçasız" evlərə görə əmlak vergisi tələb olunur — vətəndaş ödəməlidir?

Aktual Xəbərlər
14 noyabr 2026, 17:22

"Park Bulvar"da brend mağazanı öz əməkdaşı soydu

Kriminal
14 noyabr 2026, 16:49

Abşeronda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxs 16 il 6 ay azadlıqdan məhrum edilib

Xəbər
14 noyabr 2026, 15:59

Bakıda kişi avtomobildən 6000 manat oğurladı

Aktual Xəbərlər
14 noyabr 2026, 14:22

Novxanıdakı "milyonluq saray"ın sahibi həbsdə qalacaq

Xəbər
14 noyabr 2026, 14:14

Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi

Xəbər
14 noyabr 2026, 13:45

Bakıda evdən 7050 manatlıq qızıl-zinət oğurlandı

Kriminal
14 noyabr 2026, 12:02

Bakıda 11-ci sinif şagirdi "Rahat" marketi soydu

Aktual Xəbərlər
14 noyabr 2026, 11:35

Sabahdan Azərbaycanda istilik mövsümü başlayır

Oxşar xəbərlər