Paytaxtın Buzovna qəsəbəsində internet xəttinə görə yaranan mübahisə zamanı qonşusunu bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Ceyhun Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib. Ceyhun Babayev özünü təqsirli bildiyini deyib. Növbəti məhkəmə prosesi dekabrın 1-də saat 16:45-ə təyin olunub.
Qeyd edək ki, hadisə 2025-ci il iyulun 11-də Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib. İttihama görə, qonşular arasında internet xəttinin çəkilməsi və ərazidəki zibillərlə bağlı yaranan narazılıq mübahisəyə çevrilib. Ceyhun Babayev bıçaqla Xaliq Bağırova çoxsaylı zərbələr endirib. Ağır yaralanan kişi hadisə yerində həyatını itirib.
Hadisədən sonra təslim olan Ceyhun Babayevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmə araşdırması davam edir.
Mənbə: lent.az