top
Gələcək qayınanasının qızıllarını oğurlayıb nişanlısına İphone 17 aldı
Bu gün, 15:18
- ↺ +

Gələcək qayınanasının qızıllarını oğurlayıb nişanlısına "İphone 17" aldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda 2003-cü il təvəllüdlü gənc elçi getdiyi qızın anasının qızıllarını oğurlayıb.

Hadisə Xətai rayonu, Gəncə prospektində baş verib.

Araşdırmalar nəticəsində hadisəni 2003-cü il təvəllüdlü Kərim Gəraybəylinin (ad-soyad şərtidir) törətdiyi məlum olub. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, Kərim Gəraybəyli sosial şəbəkədə tanış olduğu qızla evlənmək qərarına gəlib, bu məqsədlə ailə üzvləri ilə birlikdə elçi gedib. "Hə" cavabı alındıqdan sonra nişan mərasiminin vaxtı dəqiqləşdirilib. Daha sonra qızın anası qızıllarını taxmaq istəyərkən onların yerində olmadığını görüb.

Bəlli olub ki, Kərim Gəraybəyli qayınanasının evində olarkən ona məxsus 22 420 manat məbləğində qızıl-zinət əşyalarını oğurlayaraq satıb.

Maraqlıdır ki, Kərim satdığı qızılların pulu ilə nişanlısına 3.000 manat dəyərində "İphone 17 Pro" markalı mobil telefon hədiyyə alıb. Bundan başqa, restoranda birlikdə şam yeməyinə 370 manat hesab ödəyib, xonça hazırlanması üçün qıza 2.800 manat verib. Nişan üzüyünə isə 1500 manat xərcləyib. Kərimin əməlinin üstü polisin araşdırması nəticəsində açılıb. 

Qeyd edək ki, oğurluq əməli nişan mərasimi günü üzə çıxıb. Bu cinayət əməlinə görə K.Gəraybəylinin azadlığı 3 il müddətinə məhdudlaşdırılıb.

mənbə: xitab24.аz

Son xəbərlər

Xəbər
Bu gün, 14:35

Abşeron xəstəxanasında həkimin geyimi müzakirə yaratdı – TƏBİB-dən açıqlama

Xəbər
Bu gün, 13:37

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

Xəbər
Bu gün, 12:52

Məleykə Abbaszadə BDU-nun 107 illik tarixində ilk qadın rektor oldu

Xəbər
Bu gün, 12:25

Xəzərdə sahil xəttindən 800 metrə qədər geriçəkilmələr var - sədr müavini

Aktual Xəbərlər
Bu gün, 11:12

Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb

Xəbər
Bu gün, 10:19

Elçin Babayev vəzifəsindən azad olundu

Aktual Xəbərlər
Bu gün, 10:14

Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edilib

Xəbər
Bu gün, 10:07

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq

Xəbər
Bu gün, 09:28

Vəkil Orxan Kəngərli narkotiklə saxlanıldı

Xəbər
Dünən, 17:53

Bakıda ər ondan boşanmaq istəyən arvadını döydü

Xəbər
Dünən, 17:27

Dekabrın 4-dəki imtahan ləğv edildi: ödənişlər qaytarılacaq

Aktual Xəbərlər
Dünən, 16:59

Qadın "TikTok"dan paltar sifariş etdi, puldan oldu

Xəbər
Dünən, 14:20

"Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq

Xəbər
Dünən, 13:26

Onu marketdə sürüyən ərinin həbsini istəmədi - "Beş övladıma görə..."

Xəbər
Dünən, 12:56

Xırdalanda keçmiş sevgilisini xatırlayan gənc özünü bıçaqladı

Aktual Xəbərlər
Dünən, 12:20

Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə!

Kriminal
Dünən, 11:01

Abşeronda qardaşının qayınatasını öldürən şəxsə hökm oxundu

Xəbər
Dünən, 10:00

10 ayda 310 mindən çox çıxarış: bölgələr Bakını üstələdi

Aktual Xəbərlər
Dünən, 09:57

Azərbaycanda 2364 reklam qurğusu sökülüb

Xəbər
Dünən, 09:47

Ramiz Mehdiyev cəzasından narazıdır

Xəbər
17 noyabr 2026, 18:00

Azərbaycanda gənc aktrisa vəfat edib

Xəbər
17 noyabr 2026, 17:11

Binəqədi sakinlərinin kanalizasiya və yol dərdi: küçə bərbad haldadır - VİDEO

Xəbər
17 noyabr 2026, 16:24

Birinci kurs tələbəsi vəfat etdi

Oxşar xəbərlər