ABŞ-yə köçən azərbaycanlı aparıcı Hüsnıyyə Məhərrəmova orada iki məktəbə bomba qoyulması ilə bağlı mesaj aldığını açıqlayıb.
Aparıcı həmin məktəblərdən birində qızının, digərində isə oğlunun təhsil aldığını bildirib.
Həmin anları paylaşan aparıcı "Bildiyiniz filmdə yaşayırıq. Hər iki məktəbi bomba təhlükəsi ilə evakuasiya ediblər. Bütün yolları bağlayıblar, məktəb ərazisinə nə girmək, nə də çıxmaq olur" sözlərini yazıb.
O, daha sonra övladlarının sağ-salamat olduğunu və evə gəldikləri barədə məlumat paylaşıb.