"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti yenidən fəaliyyət göstərəcək.
Bakuplus.az xəbər verir ki, avqustun 1-dən dayandırılan reyslər noyabrın 20-dən bərpa olunur.
Bakıdan saat 23:30-da yola düşən qatar səhər saat 08:10-da Balakənə çatacaq. Əks istiqamətdə reys saat 21:10-da Balakəndən hərəkət edəcək və səhər saat 06:01-də Bakıda olacaq.