Bakı Dövlət universitetinin prorektoru vəzifəsindən azad edilib.
Bakuplus.az xəbər verir ki, Bakı Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov vəzifəsindən azad edilib.
Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Coğrafiya elmləri doktoru, professor Fərda İmanov 2021-ci ildən bu vəzifədə çalışırdı.
O, əvvəllər BDU-nun Hidrometeorologiya kafedrasının müdiri və Coğrafiya fakültəsinin dekanı olub.