top
Xırdalanda oğul ondan nə vaxt evlənirsən? soruşan anasını döydü
Bu gün, 16:14
- ↺ +

Xırdalanda oğul ondan "nə vaxt evlənirsən?" soruşan anasını döydü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xırdalan şəhərində 24 yaşlı oğul anasına xəsarət yetirib.

Hadisə M. Əzizbəyov küçəsində yerləşən mənzillərdən birində baş verib.

2002-ci il təvəllüdlü Əziz (ad şərtidir – red.) anası Fatimənin (ad şərtidir – red.) ona evlənməyi tövsiyə etməsindən sonra yaranan mübahisə zamanı qadını döyüb.

Belə ki, o, anasının qollarını sıxıb, qol və sinə nahiyələrinə yumruq zərbələri endirib, daha sonra qadının kürəyini və ayağını divara vurub. Nəticədə Fatimə müxtəlif xəsarətlər alıb.

Əziz barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə o, özünü təqsirli bilib və hadisənin anasının evlənməsi ilə bağlı suallarından sonra baş verdiyini deyib.

"Məlum hadisə günü səhər saat 08 radələrində anam yenə də nə zaman evlənəcəyimi soruşdu. Mən də əsəbi halda anama "evlənməyəcəyəm!" cavabını verdim. Sonra aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbiləşdim və anamın üzərinə gedərək əllərimlə onun qollarından tutub sıxdım və buraxdım. Sonra əlimlə ona vurdum, ardınca əllərimlə sinəsindən itələyərək evin divarına vurdum. Bundan sonra evdən getdim".

Əziz ifadəsinin sonunda anasından üzr istədiyini, onunla barışdığını və Fatimənin şikayətinin olmadığını bildirib.

Zərərçəkmiş Fatimə də ifadəsində oğlu ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Əziz Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

mənbə: demokrat.аz 

Son xəbərlər

Xəbər
Bu gün, 15:38

Vyetnamın Azərbaycanda səfirliyi açılacaq

Xəbər
Bu gün, 14:44

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir

Xəbər
Bu gün, 13:03

Sabah Bakıda 20 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:36

ABŞ-də yaşayan aparıcı Hüsniyyənin övladlarının məktəbində bomba təhlükəsi

Xəbər
Bu gün, 11:42

Bakı–Balakən qatarı bu gündən fəaliyyətə başlayır

Xəbər
Bu gün, 10:21

Müsadirə edilən "Atlant"ın rəhbəri öldü

Xəbər
Bu gün, 09:25

"Avtomobillər yolu zəbt edib, avtobuslar keçə bilmir" - Bakı sakini

Xəbər
Bu gün, 00:20

Qarakənd faciəsindən 35 il ötür...

Xəbər
Bu gün, 00:01

Bu gün Ağdam Şəhəri Günüdür

Xəbər
Dünən, 17:04

Gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən sahə rəisinə hökm oxundu

Aktual Xəbərlər
Dünən, 15:56

Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı

Xəbər
Dünən, 15:18

Gələcək qayınanasının qızıllarını oğurlayıb nişanlısına "İphone 17" aldı

Xəbər
Dünən, 14:35

Abşeron xəstəxanasında həkimin geyimi müzakirə yaratdı – TƏBİB-dən açıqlama

Xəbər
Dünən, 13:37

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

Xəbər
Dünən, 12:52

Məleykə Abbaszadə BDU-nun 107 illik tarixində ilk qadın rektor oldu

Xəbər
Dünən, 12:25

Xəzərdə sahil xəttindən 800 metrə qədər geriçəkilmələr var - sədr müavini

Aktual Xəbərlər
Dünən, 11:12

Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb

Xəbər
Dünən, 10:19

Elçin Babayev vəzifəsindən azad olundu

Aktual Xəbərlər
Dünən, 10:14

Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edilib

Xəbər
Dünən, 10:07

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq

Xəbər
Dünən, 09:28

Vəkil Orxan Kəngərli narkotiklə saxlanıldı

Xəbər
18 noyabr 2026, 17:53

Bakıda ər ondan boşanmaq istəyən arvadını döydü

Xəbər
18 noyabr 2026, 17:27

Dekabrın 4-dəki imtahan ləğv edildi: ödənişlər qaytarılacaq

Oxşar xəbərlər