Bakıda yaşlı qadının evinə oğurluğa girən şəxs sürprizlə qarşılaşıb.
Belə ki, oğru qadının içində 700 manat olan pul kisəsini oğurlayıb.
Hadisə Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsində baş verib.
Məlum olub ki, 1992-ci il təvəllüdlü Həşim Fərəcov (ad-soyad şərtidir) qanunsuz olaraq gecə saatlarında sözügedən ünvanda mənzilə daxil olub. Bir qədər sonra yaşlı qadın yuxudan oyanaraq, oğru ilə qarşılaşıb. O, oğruya "kimsən sən, evimdə nə işin var?" sualını verib. H.Fərəcov isə cavab olaraq "xala, bağışla, səhv gəlmişəm" deyib və mənzildən çıxıb.
Qadın pullarının oğurlandığını səhər saatlarında fərqinə varıb və dərhal polisə məlumat verib. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, qadına məxsus pul kisəsində 7 ədəd 100 manatlıq pul əsginası aşkarlayıb.
Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs iki il müddətinə azadlqıdan məhrum edilib.
mənbə: xitab24.az