top
Pul verməyən sakinlər liftə buraxılmır? – 17 mərtəbəli binada qalmaqal
Bu gün, 22:02
- ↺ +

Pul verməyən sakinlər liftə buraxılmır? – 17 mərtəbəli binada qalmaqal

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Əhmədli qəsəbəsində yerləşən 17 mərtəbəli yaşayış binasında sərnişin liftindən istifadə bəzi sakinlər üçün bağlanıb. Təmir xərcləri üçün tələb olunan vəsaiti ödəməyən sakinlərin liftə girişini təmin edən lift kartları bloklanıb. Nəticədə həmin şəxslər mənzillərinə gedib-gəlmək üçün yalnız yük liftindən istifadə etməyə məcbur olublar.

Sakinlərin sözlərinə görə, problem sərnişin liftinin nasaz vəziyyətə düşməsindən sonra yaranıb. Binanı idarə edən şirkət liftin təmiri üçün mənzil sahiblərindən vəsait toplamağa başlayıb. Lakin ödəniş etməyən sakinlərin lift kartlarını bloklayıb və onların sərnişin liftindən istifadəsinə imkan verilməyib. Sakinlər binanı idarə edən şirkətlə aralarında hər hansı müqavilə bağlanmadığını deyirlər. Onların sözlərinə görə, buna baxmayaraq, liftin təmiri üçün pul toplanıb, ödəniş etməyən sakinlərin isə lift kartları bloklanıb.

Söhbət Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında yerləşən, "Şərur İnşaat" şirkətinin inşa etdiyi binadan gedir. Sakinlərin bildirdiyinə görə, binanın idarəçiliyini də hazırda həmin tikinti şirkətinə bağlı şəxslər tərəfindən həyata keçirilir.

Məsələ ilə bağlı binanın idarəçiliyini həyata keçirən "Şərur İnşaat"la əlaqə saxlamağa cəhd etsək də, telefon zəngləri cavabsız qalıb.

Qeyd edək ki, sözügedən binada liftlə bağlı problem bundan əvvəl də gündəmə gəlib. Belə ki, 2024-cü il yanvarın 16-da saat 18:13 radələrində həmin binanın liftində qəza baş vermişdi.

Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Onlardan 2 böyük və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, digər uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası 14 avqust 2025-ci il tarixində çoxmənzilli yaşayış binalarında liftdən istifadəyə məhdudiyyətlərin tətbiqi qaydalarına dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Ali Məhkəmənin mövqeyinə görə, liftlər bina sakinlərinin ümumi paylı mülkiyyətindədir. Xidmət haqqını ödəmədiyinə görə sakinin lift kartının deaktiv edilməsi yalnız tərəflər arasında bağlanmış müqavilədə belə bir şərt nəzərdə tutulduqda və ya bina sakinlərinin ümumi yığıncağı bununla bağlı qərar qəbul etdikdə mümkün ola bilər.

Mənbə: trend.аz

Son xəbərlər

Kriminal
Bu gün, 21:00

"Qalmağa yerimiz yoxdur" deyib, ev sahibini soydular

Aktual Xəbərlər
Bu gün, 20:26

BDU-nun prorektoru vəzifəsindən azad edilib

Xəbər
Bu gün, 19:51

Uşaq Fondu Hökumət Evindən çıxarıldığını bildirir

Xəbər
Bu gün, 18:48

Qətlə yetirilən Gülarənin atası: "Özümü qınayıram ki, onu niyə vaxtında həkimə aparmadım"

Xəbər
Bu gün, 17:00

Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək

Xəbər
Bu gün, 16:14

Xırdalanda oğul ondan "nə vaxt evlənirsən?" soruşan anasını döydü

Xəbər
Bu gün, 15:38

Vyetnamın Azərbaycanda səfirliyi açılacaq

Xəbər
Bu gün, 14:44

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir

Xəbər
Bu gün, 13:03

Sabah Bakıda 20 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:36

ABŞ-də yaşayan aparıcı Hüsniyyənin övladlarının məktəbində bomba təhlükəsi

Xəbər
Bu gün, 11:42

Bakı–Balakən qatarı bu gündən fəaliyyətə başlayır

Xəbər
Bu gün, 10:21

Müsadirə edilən "Atlant"ın rəhbəri öldü

Xəbər
Bu gün, 09:25

"Avtomobillər yolu zəbt edib, avtobuslar keçə bilmir" - Bakı sakini

Xəbər
Bu gün, 00:20

Qarakənd faciəsindən 35 il ötür...

Xəbər
Bu gün, 00:01

Bu gün Ağdam Şəhəri Günüdür

Xəbər
Dünən, 17:04

Gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən sahə rəisinə hökm oxundu

Aktual Xəbərlər
Dünən, 15:56

Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı

Xəbər
Dünən, 15:18

Gələcək qayınanasının qızıllarını oğurlayıb nişanlısına "İphone 17" aldı

Xəbər
Dünən, 14:35

Abşeron xəstəxanasında həkimin geyimi müzakirə yaratdı – TƏBİB-dən açıqlama

Xəbər
Dünən, 13:37

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

Xəbər
Dünən, 12:52

Məleykə Abbaszadə BDU-nun 107 illik tarixində ilk qadın rektor oldu

Xəbər
Dünən, 12:25

Xəzərdə sahil xəttindən 800 metrə qədər geriçəkilmələr var - sədr müavini

Aktual Xəbərlər
Dünən, 11:12

Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb

Oxşar xəbərlər