Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satılması faktı aşkar edilib. Bu haqda 8 aprel tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. Satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin “Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə” maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.