Paytaxt məktəbinin şagirdi Beynəlxalq müsabiqədə yüksək yer tutub. Bu haqda 28 mart tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin V sinif şagirdi Gülnarə Bayramova “Böyük Qafqaz İncəsənət və Rəqs kuboku Şəki 2022” adlı Beynəlxalq müsabiqəsində uğur qazanıb. Müsabiqədə Gülnarə Bayramova “Solo ifa” nominasiyasında fortepianoda Sərdar Fərəcovun “Zərif vals” əsəri ilə çıxış edib. O, “Solo ifa” nominasiyasında I yerə layiq görülüb.
Gənc istedadın müəllimi Arzu Səmədovadır.
[caption id="attachment_38494" align="alignnone" width="800"]
Foto Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəsmi saytı[/caption]