Bakı Uşaq və Gənclər Teatrı cəzaçəkmə müəssisəsində tamaşa nümayiş etdirib. Bu haqda 19 aprel tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
Bakı Uşaq və Gənclər Teatrının “Həyatla oyun” tamaşası 4 saylı cəzaçəkmə müəssisəsində nümayiş olunub. Tamaşanın əsas məqsədi narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaqdır. Bir saat davam edən tamaşadakı hadisələr real həyatdan götürülüb. Hadisələr əsasən bir qrup tələbələr arasında cərəyan edir. Tamaşa yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub.
Tamaşanın rejissoru Respublikanın Əməkdar artisti İntiqam Soltan, müəllifi Arzu Soltan, rəssamı isə Sevda Məmmədovadır.
[URIS id=41148]