Bakıda tələbələr İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” əsəri əsasında eyniadlı tamaşanı nümayiş etdiriblər. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 9 aprel tarixində xəbər verir.
Tamaşa Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr sənəti fakültəsinin tələbələri tərəfindən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Maştağada yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzində təqdim olunub.
Tələbələrin ifasında səhnə əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.