Aeroport yolunda təmir işləri aparılır. Bu haqda 26 mart tarixində Bakuplus.az-a məlumat daxil olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bayram günlərində paytaxtda nəqliyyat intensivliyinin azalmasından istifadə edərək Aeroport yolunda təmir işləri görür. Hal-hazırda, plana uyğun yollardakı zolaqlar rənglənir.
Təmir işləri ilə əlaqədar həmin yolda hərəkət qismən məhdudlaşdırılıb. Sözügedən ərazidə sıxlıq müşahidə olunur.