Bakıda Ankara teatrının aktyorları uşaqlar üçün ailəvi tamaşa təqdim edəcəklər. Bu haqda BakuPlus.az bu gün, 8 aprel tarixində xəbər verir.
“Keloğlan Masalları” adlı interaktiv, əyləncəli və ailəvi tamaşa 19 aprel tarixində təşkil olunacaq.
Bakı Musiqi Akademiyasında keçirilən tədbirdə səhnəciklər türk dilində təqdim olunacaq.
İstənilən yaş qrupundan olan uşaqlar üçün nəzərdə tutulan tamaşaya biletlərin qiyməti bir nəfər üçün 6-60 manat arasında dəyişir.
Biletləri onlayn da əldə etmək mümkündür.