Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və “Xəzər İntellektual Gənclər Klubu” tərəfindən “Nə? Harada? Nə Zaman?” oyunu keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 5 aprel tarixində xəbər verir.
9 aprel tarixində onlayn formatda keçiriləcək oyun Aprel döyüşlərinin ildönümünə həsr edilib. Oyuna qeydiyyat artıq açıq elan edilib.
Komandanızı toplayıb, saat 12:00-da başlayacaq oyuna qeydiyyatdan keçərək iştirakınızı təsdiqləyə bilərsiniz.
Son qeydiyyat tarixi 8 aprel saat 22:00-a qədərdir.