top
Avtobus dayanacaqlarında manatlıq taksilərin yaratdığı problem: rəsmi qurumlar vəziyyəti şərh edib
04 may 2022, 03:20
- ↺ +

Avtobus dayanacaqlarında manatlıq taksilərin yaratdığı problem: rəsmi qurumlar vəziyyəti şərh edib

Hər axşam “Koroğlu” metrosunun yaxınlığında avtomobil sürmək müşkül məsələyə çevrilir - Bakı kəndlərinə sərnişinləri 1 manata aparan taksi sürücüləri nəqliyyatın hərəkətini çətinləşdirirlər. Onlar iddia edir ki, müştəri yığmağa başqa yerləri yoxdur, taksilər üçün xüsusi sahə ayrılmayıb. Bu haqda Bakuplus.az bu gün, 4 may tarixində ARB TV reportajına istinadən məlumat verir.

Sürücülər deyir ki, onların daha rahat fəaliyyat göstərmələri üçün yer olsa da, burada ödənişli parklanmaya belə icazə verilmir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, taksi və avtobusların dayanması üçün şərait yaradılıb, sıxlığa səbəb isə qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlardır.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, sürücülər xaotik vəziyyət yaradır, nəticədə qəsəbələrə yola düşən avtobusların, eləcə də nəqliyyatın hərəkətində ciddi problemlər yaranır. BNA öz səlahiyyətləri daxilində avtonəqliyyat vasitələrinin durma və dayanma qaydalarına əməl olunmasına nəzarəti həyata keçirir. Lakin aidiyyəti qurumlar tərəfindən ərazidə qeyri-qanuni sərnişindaşımalara qarşı da tədbirlər görülsə, şübhəsiz ki, müsbət nəticə əldə etmək mümkün olacaq.

Dövlət Yol Polisinin əməkdaşı Araz Əsgərli bildirir ki, polis əməkdaşları vəziyyəti tənzimləməyə çalışır. Lakin sözügedən ərazidə taksilərə tələbat çoxdur.

Onun sözlərinə görə, ərazidə qeyri-qanuni fəaliyyət göstərən taksi sürücüləri, eləcə də bu xidmətlərdən istifadə edən vətəndaşlar bəzi qəsəbələrə gedən marşrut xətləri kifayət qədər olmadığından oradakı yolu bağlayırlar.

Taksilərin körpünün altında yığılması Ziya Bunyadov və Heydər Əliyev prospekti ilə hərəkətdə olan avtomobillərin pik saatlarda tıxacda qalmasına səbəb olur.

Son xəbərlər

Xəbər
Bu gün, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Bu gün, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Bu gün, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Bu gün, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Bu gün, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
Dünən, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Dünən, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Dünən, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Dünən, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Dünən, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Dünən, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Dünən, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Dünən, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Dünən, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Dünən, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Dünən, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Dünən, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Dünən, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
01 oktyabr 2026, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
01 oktyabr 2026, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
01 oktyabr 2026, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
01 oktyabr 2026, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Oxşar xəbərlər