Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev Bakıya Bakıya səfər edəcəyi ilə bağlı məlumat verib. Fiziyev bu barədə 10 aprel tarixində İnstagram səhifəsində paylaşım edib.
"Salam aleykum, Bakı, Azərbaycan. Tezliklə görüşənədək", - deyə idmançı bildirib.
Rafael 5 mart 1993-cü ildə Qazaxıstanda anadan olub. Atası milliyətcə azərbaycanlı, anası isə rusdur. Rafael "Tiger Muay Tai & MMA" idman klubunu təmsil edir, 2019-cu ildən etibarən UFC döyüşlərində çıxış edir.