Azis Bakı səhnəsində çıxış edəcək. Bu haqda BakuPlus.az bu gün, 26 aprel tarixində xəbər verir.
Əsl adı Vasil Boyanov olan 44 yaşlı məşhur bolqarıstanlı müğənni Bakıda konsert verəcək. O, iyulun 3-ü “Elektra Events Hall”-un səhnəsində çıxış edəcək.
Azis bundan öncə 2015-ci ildə paytaxtda iki konsert proqramı ilə çıxış edib.
Biletlərin qiyməti 45-450 manat arası dəyişir.