Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi 3 nüfuzlu ali təhsil müəssisəsinə qəbul olunub. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az Trend-ə istinadən xəbər verir.
Memarlıq fakültəsinin 4-cü kurs tələbəsi Murad Mir-Zadə magistr təhsili almaq üçün Mançester Memarlıq Məktəbi, Uels Memarlıq Məktəbi və Stratklayd Universitetində magistr təhsili almaq şansı qazanıb.
Bu uğurun qazanılmasında onun portfoliosu, xarici dil biliyi, ictimai fəaliyyəti və yüksək təhsil göstəriciləri əhəmiyyət daşıyıb.