Gənc azərbaycanlı Asim Manizadəyə “SpaceX” şirkətində vəzifə verilib. Bu haqda BakuPlus.az bu gün, 7 aprel tarixində xəbər verir.
“AzSığorta”nın direktorlar şurasının sədri Viladi Manizadənin oğlu Asim Manizadə Bakı Avropa Liseyinin məzunudur.
O, həmçinin 7 ildən çox Facebook şirkətində kibertəhlükəsizlik, elektron cinayətlərin istintaqı sahələrində çalışıb, bir ixtirasına görə isə ABŞ-da patent alıb.