Heydər Əliyev Mərkəzinin parkında “10 il Sizinlə” şüarı altında fudokan idman növü üzrə ustad dərsi təşkil olunacaq. Bu haqda 3 avqust tarixində Bakuplus.az məlumat verir.
Tədbir 6 avqust, saat 18:00-da başlayacaq. Tədbiri Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi nümayəndəsi, 5-ci dan qara kəmər ustası Vüsal Abdullazadə aparacaq. İştirakçılar ağ kimono və ya köynək geyinərək pulsuz dərsə qatıla bilərlər.