Bakıda tələbələrin məşğulluğunu artırmaq məqsədilə karyera sərgisi keçiriləcək. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 23 aprel tarixində xəbər verir.
Aprelin 26-ı keçiriləcək yarmarka Azərbaycan Memarlıq və İnşaat Universitetində baş tutacaq. Yarmarka tələbə və məzunlar üçün nəzərdə tutulub.
Universitet rəhbərliyinin təşəbbüsü ilə 90-dan çox dövlət qurumu, özəl şirkət və müəssisə tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 200-dən çox iş yeri təklif edəcək.