Bakıda bəzi parklar və məhəllələrdə uşaqların əylənməsi üçün qurğuların bir çoxu sıradan çıxıb və nasaz vəziyyətdədir. Bu haqda 6 may tarixində ATV məlumat verib.
Binəqədi, Yasamal, Nəriman Nərimanov, Nəsimi rayonlarının sakinləri üçün nəzərdə tutulan istirahət parklarında yelləncəklər qırıq haldadır. Mövcud vəziyyət uşaqlar üçün təhlükə yaradır və bu səbəbdən ətrafda yaşayan sakinləri narahat edir.
Analojı vəziyyət Mətbuat prospektində yerləşən məhəllələrin birində də müşahidə olunur. Sınıq-salxaq qurğulara balacalar heç yaxın belə durmaq istəmirlər.
Adıçəkilən rayonların İcra Hakimiyyətləri bildiriblər ki, ərazilərdə mərhələli şəkildə işlərin həyata keçirilməsi nəzərdə tutulub və yeni qurğuların quraşdırılması planlaşdırılır.
[caption id="attachment_43381" align="alignnone" width="800"]
Atv kanal scrin[/caption]