Bakıdakı bazarlarda kartofun qiymətində artım müşahidə edilir. Bu haqda 26 mart tarixində Xəzər TV xəbər verib.
Paytaxtın bazarlarında satılan kartofun qiyməti 50-60% artıb. Satıcılar son günlər təzə kartofun qiymətində artım olduğunu bildiriblər. Bölgələrdən paytaxta gətirilən kartofun miqdarının azaldığını deyən satıcılar qiymətə əlverişsiz hava şəraitinin təsir etdiyini deyirlər.