Bakıda qida və qeyri-qida şöbələrində satıcı, kassir və mal qəbulçusu peşələri üzrə təlim proqramı keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 9 aprel tarixində xəbər verir.
Bravo Marketçilik Məktəbində bu sahələrdə ixtisaslaşmaq istəyənlər qeydiyyatdan keçməklə müraciətlərini rəsmiləşdirə bilərlər.
Təlim proqramı müddətində iştirakçılar təqaüdlə təmin olunacaqlar.