Bakıda beynəlxalq incəsənət sərgisi keçiriləcək. Bu haqda bu gün, 2 aprel tarixində Bakuplus.az “Mince senet Gallery”-yə istinadən xəbər verir.
“Dazzling Touch” adlı tədbirdə qadın rəssamların sərgiləri nümayiş olunacaq. Bununla yanaşı Kubalı musiqiçi Yanssel Kastello konsert verəcək.
Tədbir 14 aprel 2022-ci ildə “UNbar”-da keçiriləcək. Biletlərin qiyməti 50 manat təşkil edir.