Bakıda daha bir “Color Fest” təşkil olunacaq. Bu haqda BakuPlus.az Sabunçu Rayon İcra Hakimiyyətinə istinadən bu gün, 7 may tarixində xəbər verir.
Sabunçu rayonunda baş tutacaq “Rənglər festivalı” Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə açıq səma altında keçiriləcək.
Festival 10 may, saat 11:00-da Sabunçu qəsəbəsi, Böyükşor bulvarında təşkil olunacaq.
Arzu edən hər kəs iştirak edə bilər.