Bakıda “Frankofoniya 2022” çərçivəsində daha bir film nümayiş olunacaq. Bu haqda BakuPlus.az bu gün, 4 aprel tarixində xəbər verir.
Fransız Universiteti və Fransa səfirliyi tərəfindən təşkil olunan nümayiş 10 aprel saat 17:00-da başlayacaq.
Bu dəfə iştirakçılar Remii Bezanansonun “Sirli Anri Pak” filmini izləyə biləcəklər.
Xronometrajı 1 saat 35 dəqiqə olan ekran əsəri fransız dilində, türk altyazılarla göstəriləcək.
Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək mütləqdir. Son qeydiyyat tarixi 5 apreldir.