Bakıda dilənçilik edərək dolanan 3 uşaqlı anaya sosial müavinət verilib. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 29 mart tarixində xəbər verir.
Paytaxt ərazisində yataqxanada sənədləri olmadan yaşayan 3 uşaqlı Gülnisə Xəlilovaya sosial ünvanlı yardım verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ASAN xidmət və Daxili İşlər Nazirliyinin birgə əməyi sayəsində Xəlilovlar ailəsi ilk öncə şəxsiyyət vəsiqələri ilə təmin olunub. Daha sonra isə Gülnisə Xəlilova üçün sosial kart hazırlanaraq ona ünvanlı sosial yardım ayrılıb.
Gülnisə Xəlilova hər ay 390 manat məvacib alacaq.