top
Bakıda “Dual təhsil/ iş yerində öyrənmə” proqramına start verilib
16 may 2022, 07:05
- ↺ +

Bakıda “Dual təhsil/ iş yerində öyrənmə” proqramına start verilib

Bakıda dual təhsil sistemi tətbiq olunur. Bu haqda 16 may tarixində Bakuplus.az Bakı Peşə Təhsili üzrə Dövlət Agentliyinə istinadən xəbər verir.

Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə peşə təhsili məzmununun əmək bazarının tələblərinə daha səhih və davamlı qaydada uzlaşdırılmasına dəstək məqsədilə “Dual təhsil/ iş yerində öyrənmə” proqramına start verilib.

Hazırda layihənin dəstəyi ilə turizm, mebel, tekstil və xidmət sahələri üzrə Şəki, Lənkəran, Cəlilabad və Bakı şəhərlərində aparıcı işəgötürən müəssisələr ilə əməkdaşlıqlar qurulub və ilk fəaliyyətlərə başlanılıb.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri “aşpaz” ixtisası üzrə “Saffron” Restoranlar qrupunun “Amburan” istirahət mərkəzində, “ərzaq və qeyri ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar” ixtisası üzrə “ARAZ” supermarketləri şəbəkəsində, eyni mərkəzin “tikiş operatoru, tikişçi” ixtisası üzrə təhsil alan tələbələri isə “Barama Tekstil” MMC şirkətində dual proqrama qoşulublar.

Dual təhsil proqramının ənənəvi peşə təhsilindən fərqi:


  • Tələbələr əldə etdikləri nəzəri biliklərin paralel olaraq təhsil ili boyunca sahələrinə uyğun müəssisələrdə real iş şəraitində praktiki qaydada tətbiq edə və öyrənə bilirlər;

  • Proqram müddətində tələbələr həmin müəssisələrin xüsusi geyimləri, nəqliyyat, sığorta və qida ilə təmin edilirlər.


Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.

Son xəbərlər

Xəbər
Bu gün, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Bu gün, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Bu gün, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
Dünən, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Dünən, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Dünən, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Dünən, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Dünən, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Dünən, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Dünən, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Dünən, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Dünən, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Dünən, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Dünən, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Dünən, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Dünən, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
01 oktyabr 2026, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
01 oktyabr 2026, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
01 oktyabr 2026, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
01 oktyabr 2026, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
01 oktyabr 2026, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
01 oktyabr 2026, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
01 oktyabr 2026, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Oxşar xəbərlər