Bakıda Fransız kinosu gecəsi keçiriləcək. Bu haqda bu gün, 26 mart tarixində Bakuplus.az Fransa İnstitutuna istinadən xəbər verir.
3 aprel 2022 il saat 17:00-da “Art Tower Gallery”-də Remi Şayenin “Calamity” filmi türkcə atlyazı ilə nümayiş olunacaq.
Filmdə vəhşi qərbdə, kovboy ailəsində yaşayan Marta Ceyn, ailəsinə kömək etmək üçün at sürməyi öyrənməlidir. Ancaq qız olduğundan o, bu yolda bir sıra çətinliklərlə üzləşir. Oğlan paltarları geyinən və hətta saçını kəsən qızcığazın hansı təhlükələrlə üzləşəcəyi məlum deyil.
İştirak etmək istəyənlər 31 mart tarixinə qədər leyla.aliyeva@diplomatie.gouv.fr elektron ünvanına müraciət edə bilərlər.