Bakıda futbol azarkeşini səs-küyə görə stadiondan qovublar. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Hadisə Binə qəsəbəsində keçirilən MOİK - Sumqayıt-2 matçında baş verib. Azarkeşlərdən biri oyundakı epizodlara emosional yanaşdığına görə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb.
“Normal və sivil insanlar kimi stadionda matçı izləyirdim. Ara-sıra oyundakı epizodlara emosional yanaşırdım, heç bir təhqiramiz ifadə işlətməmişəm və kobudluq etməmişəm”, - deyə o qeyd edib.
DİN Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məsələ ilə bağlı bildirib ki, həmin şəxs qanunauyğun olaraq stadiondan uzaqlaşdırılıb.