Baş prokuror ağacəkmə aksiyasında iştirak edib. Bu haqda 30 aprel tarixində APA məlumat verib.
Binəqədi rayonu, Xocəsən qəsəbəsində aprelin 30-da prokurorluq əməkdaşları tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində ərazidə 1000-ə yaxın şam və zeytun ağacları əkilib.
Tədbirin əsas məqsədi yaşıllıqların genişləndirilməsinə töhfə verməkdir. Kütləvi ağacəkmələr, eyni zamanda, iqlim dəyişikliyinə səbəb olan istixana qazı tullantılarının azaldılmasına nail olmaqla bağlı qlobal fəaliyyətlərə dəstək xarakteri daşıyır.