Bakıda yeni sərgi açılıb. Bu haqda 2 aprel tarixində Azərbaycan Nəşriyyatları Assosiasiyası məlumat verib.
“Passage 1901”-də aprelin 2-dən "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə “ANAİB I Uşaq Kitab Festivalı” keçirilir. Festival zamanı 30-70%-dək endirim, yerli və xarici müəlliflərlə görüş, imza saatı, təqdimat mərasimləri və təlimlər baş tutub.
Tədbir aprelin 3-nə kimi davam edəcək. Kitab sevənlər gün ərzində saat 10:00-dan 20:00-dək ödənişsiz olaraq festivalı ziyarət edə bilərlər.